Zelenski elan etdi: Rusiyaya qarşı xüsusi əməliyyat hazırlanır!

Ukrayna lideri Vladimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) keçmiş və hazırkı rəhbərləri - Vasili Malyuk və Yevgeni Xmara ilə görüşüb.

Axar.az xəbər verir ki, o, bu barədə Teleqram kanalında yazıb.

Zelenski xüsusi xidmət orqanları ilə yeni döyüş əməliyyatları barədə razılığa gəldiyini bildirib.

Ukrayna lideri həmçinin Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbərinin birinci müavini Aleksandr Pokladla da görüşüb.

“Vasili Malyukun hesabatı. Biz Rusiyaya qarşı asimmetrik əməliyyatlarımızı hazırlamağa davam edirik. Ukrayna Təhlükəsizlik Xidməti və digər dövlət qurumları bütün lazımi resurslarla tam təmin edilib", - deyə Zelenski qeyd edib.

Qeyd edək ki, yanvarın əvvəlində Ukrayna Prezidenti Vladimir Zelenski Yevgeni Xmaranı Ukrayna Təhlükəsizlik Xidmətinə yeni rəhbər təyin edib.