Zelenski: "Putinlə istənilən formatda görüşməyə hazıram"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə istənilən formatda görüşməyə hazır olduğunu bildirib.

Teleqraf xəbər verir ki, bu barədə Zelenski mətbuat konfransında qeyd edib.

Zelenskinin sözlərinə görə, Ukrayna və ABŞ sülh planının müddəalarını əlaqələndirmək üçün gündəlik intensiv məsləhətləşmələr aparırlar. O, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri Rüstəm Umerovun rəhbərlik etdiyi işçi qrupunun ABŞ Prezidenti Donald Trampın komandası ilə daim telefon əlaqəsi saxladığını deyib.

Zelenski həmçinin qeyd edib ki, əgər ABŞ prezidenti Ukraynaya səfər etsə, bu, atəşkəsə ümidi artıracaq.