Zelenski: Rusiya 7, Ukrayna isə 4 min hərbçini əsir götürüb

Rusiya təxminən 7 min, Ukrayna isə 4 min hərbçini əsir götürüb.

Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, hərbi əsirlərin "hamının hamıya" sxemi üzrə dəyişdirilməsi ehtimalı var.

Ukrayna lideri vurğulayıb ki, əgər Rusiya "hamının hamıya" mübadiləsinə hazırdırsa, bu əladır. Hətta "minə min", "yüzə yüz" mübadiləsi də bizim üçün müsbət qərardır".

Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Komissarı Tatyana Moskalkova daha əvvəl bildirmişdi ki, 2025-ci ildə Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi nəticəsində 1851 rus hərbçisi Ukrayna əsirliyindən Rusiya ərazisinə qaytarılıb.