Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitskoff və Donald Trampın kürəkəni Cared Kuşnerlə telefon danışığı keçirib.
Sherg.az xəbər verir ki, tərəflər söhbət zamanı Ukraynaya mümkün səfərin tarixini və rəsmi danışıqların gündəliyini müzakirə ediblər. Zelenski danışıqları “ətraflı və konstruktiv” adlandırıb.
Bildirilib ki, tərəflərin komandaları gələcək təmasların qrafikini müəyyənləşdirmək üçün əlaqəni davam etdirəcək.