Zelenski: Ukrayna ərazilərindən imtina etməyəcək

Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin heç bir halda itirilmiş ərazilərə dair iddialarından imtina etməyəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Zelenski «RBC-Ukraine» portalına açıqlamasında danışıb.

O bildirib ki, üç tərəfli danışıqlarda bütün tərəflər kompromislərə getməlidir.

“Çoxlu problemli məsələlər var idi, amma onların sayı getdikcə azalır”, - deyə Zelenski qeyd edib.

Qeyd olunur ki, bundan əvvəl Dünya İqtisadi Forumunda (Davos) çıxış edən Zelenski Avropa ölkələrini tənqid etmiş, onların öz təhlükəsizliklərini təmin etməkdə çətinlik çəkdiyini vurğulamışdı.