Ukraynanın keçmiş baş naziri Nikolay Azarov Kiyevin münaqişə başa çatdıqdan sonra 800 min nəfərlik ordu saxlamaq planını “absurd” adlandırıb.
Sherg.az-ın məlumatına görə, Azarov bildirib ki, Ukrayna belə böyük ordunu müstəqil şəkildə maliyyələşdirə və lazımi sayda hərbçi ilə təmin edə bilməz. Onun sözlərinə görə, ordunun saxlanılması ölkənin bərpası və iqtisadiyyatın inkişafı üçün zəruri olan böyük maliyyə resursları tələb edəcək.
Keçmiş baş nazir həmçinin qeyd edib ki, Kiyevin Rusiya sərhədləri yaxınlığında böyük ordu saxlamaq niyyəti Moskva tərəfindən diqqətdən kənarda qalmayacaq.
AFP-nin məlumatına görə, gələn il Ukraynanın yalnız hərbi xərcləri üçün 175 milyard dollar tələb olunur. Ölkə büdcəsində isə bu məqsədlə 100 milyard dollar nəzərdə tutulub.