Zelenski: Xarkov hava hücumundan sonra yüz minlərlə insan elektriksiz qalıb

Ukrayna Prezidenti Volodimir Zelenski özünün Telegram kanalında NATO-nun Baş katibi Mark Rutte ilə telefon danışığı apardığını açıqlayıb.

Teleqraf xəbər verir ki, Prezident Rutteyə ötən gün Xarkovda enerji obyektinə edilən hücumun nəticələrindən danışıb. Zelenskinin sözlərinə görə, yüz minlərlə insan elektrik və istiliksiz qalıb.

Bu fonda Ukrayna lideri Rutteyə Ukraynanın müdafiə və hava hücumundan müdafiənin gücləndirilməsi ehtiyacları barədə məlumat verib: "Rusiyanın belə soyuq qışda zərbələri bizə ciddi çətinliklər yaradır".