Zelenski Zaporojye AES-nin Ukrayna nəzarətinə verilməsini tələb edir

Ukrayna Prezidenti Volodimir Zelenski Zaporojye Atom Elektrik Stansiyasının Ukrayna və ABŞ-nin nəzarətinə verilməsini tələb edir.

Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazır.

Bildirilir ki, Ukrayna hakimiyyəti konfliktin həlli ilə bağlı öz şərtlərini diktə etməyə çalışır və Zaporojye AES-ninABŞ ilə birgə nəzarətə verilməsini və hazırkı Ukrayna Silahlı Qüvvələrinin sayının saxlanılmasını tələb edir.

Əvvəllər Kit Kelloq bildirmişdi ki, Ukrayna böhranının həllində əsas məsələlər Zaporojye AES-in və Donetsk Xalq Respublikası (DXR) ərazilərinin statusu olaraq qalır.