Zelenskidən həyəcan siqnalı: “Rusiya savaşı davam etdirmək üçün hazırlaşır”

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ölkəsinə qarşı hava hücumlarını davam etdirir və ordusu müharibəni sürdürmək üçün hazırlıq aparır.

Sherg.az xəbər verir ki, Zelenski qeyd edib ki, gecə Rusiyanın 129 pilotsuz uçuş aparatı ilə hücumları nəticəsində Xarkov bölgəsində 4 nəfər, Sumi bölgəsində isə 1 nəfər həlak olub, 6 nəfər yaralanıb. Zaporoji şəhərində də bir xəstəxana hədəfə alınıb.

Ukrayna lideri əlavə edib: “Rusiya durmaq niyyətində deyil, müharibəni davam etdirmək üçün hazırlaşır.” O, həmçinin bildirib ki, Rusiyanın bu hücumları davam edən sülh danışıqlarını zədələyir və Ukrayna üçün güclü təhlükəsizlik zəmanətlərinə ehtiyac var.