Zelenskinin dəvətini qəbul etdim - Fitso

Ukrayna Prezidenti Vladimir Zelenskinin Ukrayna-Slovakiya əməkdaşlığını müzakirə etmək üçün görüş dəvətini qəbul etdim.

Axar.az xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso bildirib.

"Ukrayna prezidenti Slovakiya tərəfi ilə Ukrayna-Slovakiya əməkdaşlığının bütün aspektləri üzrə birgə danışıqlar aparmağı təklif etdi. Mən bu dəvəti qəbul etdim və Hökumət Ofisinə və Slovakiya Xarici İşlər və Avropa İşləri Nazirliyinə Ukrayna tərəfi ilə əməkdaşlıq çərçivəsində belə bir görüş üçün uyğun bir tarix müəyyən etməyi tapşırdım. Mən UkraynapPrezidenti ilə onun tez-tez səfər etdiyi AB üzv dövlətlərindən birində görüşməyə üstünlük verirəm", - deyə o qeyd edib.