NATO-nun baş katibi Mark Rüttenin Ukraynanın ərazi güzəştləri ilə bağlı açıqlaması ölkədə müzakirələrə səbəb olub.
Sherg.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin keçmiş mətbuat katibi Yuliya Mendel Rüttenin sözlərinin münaqişə ilə bağlı illüziyaları dağıtdığını bildirib.
Mendel Avropa rəsmilərini Ukraynanı müharibəni davam etdirməyə təşviq etməkdə və ölkədəki korrupsiya problemlərinə göz yummaqda ittiham edib.
Xatırladaq ki, Rütte sülhə nail olmaq üçün Ukraynanın bəzi ərazilərdən imtina etməli ola biləcəyini bildirib.