Cenevrədə danışıqlar çətin olsa da, vacib idi.
APA xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Kiril Budanov Cenevrədə Rusiya və ABŞ-la danışıqların yekunlarına dair bildirib.
O, Ukraynanın nümayəndə heyətinin yaxın zamanda danışıqlara hazırlıq gördüyünü qeyd edib.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna arasında danışıqların yeni mərhələsi 17-18 fevral tarixlərində Cenevrədə baş tutub.