ABŞ-ın “Meta” şirkətinin icraçı direktoru Mark Zukerberq sosial medianın uşaqlar və yeniyetmələrdə asılılıq yaratması ilə bağlı məhkəmə işi çərçivəsində Los-Ancelesdə keçirilən məhkəmədə ifadə verir.
Axar.az xəbər verir ki, zərərçəkmişlərin ailələrinin sözlərinə görə, şirkətlər bilərəkdən gənc istifadəçilər arasında kompulsiv istifadəni təşviq edən və uzunmüddətli zehni sağlamlığa zərər vuran funksiyalar yaradıblar.
Qeyd olunub ki, bu iş ölkə daxilində təqdim edilən 1500-dən çox oxşar məhkəmə işindən biridir. Onun intihar və ya digər zərər nəticəsində ölən uşaqların valideyninin məhkəmə prosesində iştirak edəcəyi gözlənilir.