“İdrak işığında” və “Məmmədəli Nasir - seçilmiş əsərləri”
Yusif Nəzərli
18:15 06.12.2024
Ədəbiyyat
1669
Dekabrın 3-də Azərbaycan Mətbuat Şurasında yazıçı, publisist, tədqiqatçı jurnalist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin yeni kitablarının işığında 70 illik yubileyi qeyd olunub. Şuranın sədri şair, yazıçı, publisist Rəşad Məcid bildirib ki, Şəfəq Nasirin jurnalistlik fəaliyyəti, tədqiqatçı zəhməti təqdirəlayiqdir. Onun XX əsrin əvvəllərində İrəvanda Azərbaycan mətbuatını araşdırması, xüsusən də “Ləklək” (1914) və “Bürhani-həqiqət” (1917) jurnallarını transliterasiya edərək, ön söz, lüğətlə kitab kimi nəşr etdirməsi tədqiqatçının böyük zəhməti və mətbuat tariximizə etdiyi xidmətidir.
“Gecə yağışı”, “Beyləqanın güllü yazı” bədii əsərləri ilə ədəbiyyata gələn Şəfəq Nasir mətbuatda, ədəbi mühitdə daha çox publisistik yazıları ilə tanınır. "Ciddi söhbət", "Könüllərə şəfəq payı" kitabları da bu qəbildəndir.
“İdrak işığında” kitabına müəllifin son illər dövri mətbuatda dərc olunmuş publisistik məqalələri, tədqiqat əsərləri və digər statuslu yazıları daxil edilib. Vətənin, xalqın həyatında baş vermiş ictimai-siyasi hadisələr, mücadilə tariximiz, ədəbi şəxsiyyətlərin yaradıcılıq amalı topludakı əsərlərin leytmotivini təşkil edir.
İrəvanın tanınmış ziyalılarından olan şair, yazıçı, publisist Məmmədəli Nasirin “Seçilmiş əsərləri”nə isə müəllifin ictimai-siyasi məzmunlu məqalələri, felyetonları, satirik yazıları, xatirələri, dram əsərlərindən nümunələr toplanıb. Ötən əsrin əvvəllərində İrəvanda erməni-müsəlman qarşıdurması zamanı azərbaycanlı əhaliyə edilən zülmlər, xəyanətlər, kəndlərimizin yandırılması, didərginlik, qaçqınlıq ağrılarından bəhs edən əsərlər zamanında böyük rezonans doğurmuşdur.
Tədbirdə filologiya elmləri doktoru, tədqiqatçi-alim Abid Tahirli Şəfəq Nasirin milli mətbuatımız tarixində gördüyü işlərdən, ən əsası qədim yurd yerlərimizdən olan İrəvanda Azərbaycan mətbuatının tədqiqi və öyrənilməsindəki xidmətlərindən danışıb. Qeyd edib ki, Şəfəq xanımın ən böyük xidmətlərindən biri də budur ki, o, İrəvanda çıxan “Ləklək” və “Bürhani-həqiqət” jurnallarını latın əlifbasına çevirərək elmi, ədəbi ictimaiyyətə təqdim edib. Təbii ki, “Ləklək”, “Bürhani-həqiqət” bir müddət sonra ictimaiyyətə təqdim olundu. Düşünürəm ki, hər iki kitab başqa dillərə də tərcümə oluna bilər. Jurnallarda gedən yazılardan da məlum olur ki, İrəvanın qədim tikililəri, dini, mədəni, tarixi abidələri, məscidləri, küçələrin adları azərbaycanlılara məxsusdur. Zənnimcə, bu tədqiqatların əvəzi yoxdur.
Şəfəq Nasir çıxışında bildirib ki, onun bu istiqamətdə apardığı araşdırmalarda başlıca məqsədi XX əsr İrəvan ziyalısı Məmmədəli Nasirin yüzlərlə əsərini klassik mətbuat səhifələrindən aşkara çıxararaq ədəbi ictimaiyyətə təqdim etməsi olmuşdur. Bu əsərlər milli mətbuatımızın yaranması və inkişafı prosesini izləməkdə böyük əhəmiyyət kəsb edir. Tərtibçi həmin mətnləri Məmmədəli Nasirin “Seçilmiş əsərləri”nə daxil etmişdir.
Tədbirin sonunda Şəfəq Nasir Azərbaycanda mətbu və publisistik fikrin inkişafına, Qərbi Azərbaycan mətbuat tarixinin öyrənilməsinə və təbliğinə yönələn xidmətlərinə görə Mətbuat Şurasının “Diplom”u ilə təltif olundu.
MƏMMƏD MƏMMƏDLİ
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
18:48 26.07.2026
Sağlamlıq
KİV: ABŞ İrana hücumları müvəqqəti dayandırıb
18:09 26.07.2026
Dünya
Britaniyanın Baş naziri: Lazım gələrsə, Trampla razılaşmayacağam
16:25 26.07.2026
Dünya
Putin mobil telefonlardan istifadə etmir - Peskov
16:00 26.07.2026
Dünya
Netanyahu Vaşinqtonda Trampla İran məsələsini müzakirə edəcək
15:08 26.07.2026
Dünya
ABŞ İranın raketlərini qəsdən buraxır - KİV
14:51 26.07.2026
Gündəm
“Beşiktaş”ın Salaha etdiyi təklifin detalları bəlli oldu
14:34 26.07.2026
Futbol
Husilər Yəməndə “Bayraqdar” vurdular
14:17 26.07.2026
Dünya
Sabah Abşeron çimərliklərində hava küləkli olacaq
13:22 26.07.2026
Cəmiyyət
Sabah Azərbaycanda 40 dərəcə isti olacaq
12:49 26.07.2026
Ekologiya
Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşulub
12:35 26.07.2026
Ədəbiyyat
Faktiki hava: 39 dərəcə isti qeydə alındı
11:30 26.07.2026
Ekologiya
İlham Əliyev Maldiv Prezidentini təbrik edib
11:14 26.07.2026
Rəsmi
Əraqçi: İranın region ölkələri ilə düşmənçiliyi yoxdur
10:45 26.07.2026
Region
Husilər Səudiyyə Ərəbistanına raket və PUA-larla hücum edib
10:30 26.07.2026
Dünya