Qan Turalı : “Karantin rejimi əla fürsət oldu” – Onlayn söhbət...
Şəymən Bayramova
08:18 09.04.2020
Ədəbiyyat
2467
“Biz yazarlar həmişə bu ümidlə yaşayırıq ki, bütövlükdə cəmiyyəti dəyişə bilməsək də, ayrı-ayrı fərdləri dəyişə bilərik”
Yazıçı Qan Turalı koronavirusla mübarizə çərçivəsində evdə qalıb darıxanlar üçün onlayn maarifləndirmə kampaniyasına başlayıb. Bu kampaniya çərçivəsində hazırladığı videolar vasitəsilə müxtəlif mövzuların müzakirəsini aparır. Artıq iki video hazırlayıb feysbuk səhifəsində ictimai müzakirəsini təşkil edən yazar “Sherg.az”a bu prosesin davamlı olacağını qeyd edib: “Hamımızın evə qapandığı bu günlərdə oxucular və izləyicilərlə onlayn söhbət açıb, cəmiyyətdə maraq doğuran ictimai və ədəbi mövzuların müzakirəsinə yer ayırmağın faydalı olacağını düşünürəm. Bilirsiniz ki bəşər tarixinin ən maraqlı dövrlərindən birini yaşayırıq. Məncə bu karantin günləri fərdi inkişafımız, oxuyub öyrənərək mütaliəmizi artırmaq üçün bir fürsətdir. Əslində bu cür videolar paylaşmağı çoxdan düşünürdüm, sadəcə uyğun vaxt tapa bilmirdim. Karantin rejimi ilə əlaqədar bütün gün evdə olmaq mənim üçün əla fürsət oldu.
Həm boş qalan vaxtımı səmərəli keçirmək, həm də insanlar üçün faydalı, ictimai səmərəsi olsun deyə bu planımı həyata keçirmək qərarı aldım. Məqsədim isə insanlara elmin , mədəniyyətin əhəmiyyətini izah etməkdir. Bunun üçün sadəcə poetik şüarlar vacib deyil. Bu cür müzakirələr vasitəsilə də insanlarda elm və ədəbiyyata qarşı bir maraq oyadacağımı zənn edirəm.
Düzü, nə dərəcədə effektiv olacağını bilmirəm. Çünki adətən bu cür mövzularda heç vaxt real effekt görünmür. Molla-Nəsrəddin jurnalı belə çap olunanda Azərbaycanın ictimai -siyasi həyatı üçün bu qədər əhəmiyyətli olacağı görünmürdü.
Özümü qətiyyən molla nəsrəddinçilərlə müqayisə etmirəm. Demək istəyirəm ki, yazarın hansısa bir yazısını ucqar bir dağ kəndində oxuyan birisi ondan motivasiya alıb öz üzərində çalışırsa, bu artıq o yazıçının uğurudur.
Biz yazarlar həmişə bu ümidlə yaşayırıq ki bütövlükdə cəmiyyəti dəyişə bilməsək də ayrı-ayrı fərdləri dəyişə bilərik. Hər dəyişim özlüyündə bir təkamül xarakteri daşıyır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pakistan Trampdan Vensi İran danışıqlarına daxil etməsini istədi
16:18 10.04.2026
Dünya
Şirvanda zəhərlənənlər evə buraxılıb
15:54 10.04.2026
Hadisə
Əraqçinin müavini: İran zəmanətsiz atəşkəslə razılaşmayacaq
15:52 10.04.2026
Gündəm
İran savaşı Ukraynanı xilas etdi - ŞƏRH
15:19 10.04.2026
Dünya
Tsaxna: Bakı və İrəvan tarixi addım atdı
14:57 10.04.2026
Dünya
Fransa Pakistanı təbrik etdi
14:43 10.04.2026
Dünya
Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq
14:32 10.04.2026
Sağlamlıq
Orban Kremlə təcili zəng etdi: yardım istəyir
14:26 10.04.2026
Dünya
Hörmüz boğazı onlar üçün əbədi bağlı olacaq - Əzizi
14:11 10.04.2026
Gündəm
Məqsəd İsayev İstanbulda əməliyyat olundu
13:48 10.04.2026
Futbol
Müctəba Xamenei atəşkəslə bağlı qərarı şəxsən özü verib
13:25 10.04.2026
Dünya
Terror fəaliyyəti ilə bağlı yeni cəzalar müəyyənləşir
12:56 10.04.2026
Ölkə
Bibiheybət yolunda bərpa işlərinə başlanılıb
12:49 10.04.2026
İnfrastruktur