100 milyon ildən sonra oyanan qara dəlik vulkan kimi partladı

Təxminən 100 milyon il susqun qaldıqdan sonra oyanan superkütləli qara dəlik vulkan kimi güclü partlayışla fəallaşıb.

Sherg.az xəbər verir ki, “J1007+3540” adlı qara dəlik Samanyolu qalaktikasından 10 dəfə böyük plazma axınları yaradaraq ev sahibi qalaktikanı dəyişdirə biləcək güc nümayiş etdirib. Alimlər bu hadisəni nadir və son dərəcə dağıdıcı kosmik proses kimi qiymətləndirirlər.