Qoparmanın cəzası 557 min lirədir
Manisanın simvolu olan Manisa lalələri Spil Dağı Milli Parkında açmağa başladı. İldə yalnız bir dəfə açan və qoparmanın cəzası 557 min 212 TL olan lalələr, gözəllikləri ilə görənləri heyran edir.
Sherg.az xəbər verir ki, lalə nümunələrinin ən çox olduğu və qorunan ərazidəki lalələr isə hələ də yuxuda və tomurcuqlanmağa başlayıb, 1 həftə içində isə çiçəklərin açması gözlənilir.
Spil Dağı zirvəsinə yaxın ərazidə isə lalə nümunələri havaların uzun müddət normaya uyğun olmaması səbəbindən hələ tam oyanmayıb.

Spil Dağı ətrafına təbiət gəzintisinə gələn Manisalılardan Fatih Elbir qeyd edir: "Hava istiləşdikcə, mən və ailəm gözəl havadan istifadə etmək üçün Spil Dağı ətrafına gəldik. Piknik etdiyimiz yerdə açan Manisa lalələrini gördükdə onların fotosunu çəkdik. Canlı olaraq lalənin özünü görmək çox gözəldir. Amma bildiyim qədərilə qoparmanın böyük cəzası var. Çiçəklər budağında gözəldir, zəhmət olmasa qoparmayaq," deyə bildirib. 6 yaşındakı Ravza Albir isə "İlk dəfə görürəm. Çox gözəldirlər" deyib.

İldə bir dəfə açan və 10 gün çiçəyi açıq qalacaq, endemik növ olan Manisa laləsi, Ətraf Mühit Qanunu ilə qorunur və qoparmanın cəzası bu il üçün 557 min 212 TL olaraq müəyyən edilib.