Bu ölkələr Rusiyaya qarşı müharibəyə hazırlaşırlar - Ryabkov

Avropa ölkələri Rusiya tərəfindən iddia edilən təhdidlər bəhanəsi ilə genişmiqyaslı hərbiləşdirmə proqramlarına başlayıblar.

Teleqraf xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Moskvanın guya aqressiv planlar hazırlaması və yaxın illərdə NATO dövlətlərinə hücum edəcəyi iddiası ilə Avropanın paytaxtlarında genişmiqyaslı remilitarizasiya proqramları işə salınıb. Qulağa necə də qəribə səslənsə də, müharibədən əvvəlki psixoz qəsdən gücləndirilir və çağırışlarla müşayiət olunur, onların söylədiklərini sözbəsöz deyirəm: “babalarımızın apardığı müharibədə olduğu kimi, genişmiqyaslı müharibəyə hazırlaşın”.

Həmin müharibədə hücum planlı şəkildə hazırlanmış və məhz bizim ölkəmizə qarşı həyata keçirilmişdi, əksinə deyil”, - nazir müavini vurğulayıb.

Sergey Ryabkov Rusiyanın NATO və ya Avropa İttifaqı ölkələrinə hücum etmək planlarının olmadığını iddia edib.