Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda güclü qar yağışından sonra temperatur sıfırın altında düşüb.
Sherg.az xəbər verir ki, sürücülərdən Abdullah Özer, yanacaqdoldurma məntəqəsində dayanan quşu görüb və ona toxunduqda quşun tamamilə donmuş olduğunu anlayıb.
Rayonda həm insanlar, həm də vəhşi heyvanlar sərt soyuqdan əziyyət çəkir. Rəsmi şəxslər və sakinlər küçə heyvanları və quşlar üçün yem qoyulmasına çağırış edib.