Çernobılda nə baş verir? - Mavi rəngə dönən itlər alimləri də təəccübləndirdi
10:43 29.10.2025
Ekologiya
383
Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyası ətrafında yaşayan bəzi itlərin rənginin maviyə çevrilməsi narahatlığa səbəb olub.
Sherg.az xəbər verir ki, alimləri də heyrətə salan bu dəyişimin son bir həftə ərzində baş verdiyi bildirilir.
1986-cı ildə, təxminən 40 il əvvəl baş verən Çernobıl nüvə fəlakətindən sonra bölgədə müşahidə edilən dəyişikliklər elm dünyasının diqqət mərkəzindədir.
Nüvə partlayışının ardından tərk edilmiş ev heyvanlarının nəslindən olan bu itlər, bu ay Çernobılın qadağan zonasında gəzərkən görüntüləniblər.
Mavi itlər ortaya çıxdı
Heyvanların tüklərinin maviyə dönməsi barədə məlumatı bölgədə fəaliyyət göstərən “Dogs of Chernobyl” (Çernobılın itləri) adlı xeyriyyə təşkilatı yayıb.
Qurumun açıqlamasında bildirilib:
“Hazırda sterilizasiya (nəsilartımın qarşısının alınması) işləri aparırıq və tamamilə mavi rəngdə olan üç itlə qarşılaşdıq. Nə baş verdiyini hələ tam bilmirik.”
“New York Post” qəzetinin məlumatına görə, yerli sakinlər itlərin tüklərindəki bu rəng dəyişikliyinin yalnız son bir həftə ərzində müşahidə olunduğunu bildiriblər.
“Kimyəvi maddəyə məruz qalmış ola bilərlər”
Heyvanlara baxan təşkilatın nümayəndələri, itləri yaxalayıb müayinə edəcəklərini açıqlayıblar. Qurumun bəyanatında qeyd olunub:
“Böyük ehtimalla onlar hər hansı kimyəvi maddəyə məruz qalıblar.”
Buna baxmayaraq, itlərin aktiv və sağlam göründüyü vurğulanıb.
Çernobıl ətrafında vəziyyət necədir?
2017-ci ildə yaradılmış “Dogs of Chernobyl” təşkilatı hər il qadağan zonasında yaşayan təxminən 700 iti tibbi yardım və yemək təmin edir.
Bu heyvanlar, 1986-cı ildə reaktorun partlamasından sonra bölgədən təxliyə edilən insanların geridə qoyduğu ev heyvanlarının nəsli sayılır.
Yeni suallar gündəmdə
Hadisə, Çernobıl bölgəsindəki ekoloji təsirlər və kimyəvi çirklənmə ilə bağlı yeni sualları gündəmə gətirib. Alimlər hazırda bu qeyri-adi rəng dəyişikliyinin səbəbini müəyyənləşdirmək üçün genetik və kimyəvi analizlər aparmağı planlaşdırırlar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm
Azərbaycana yola düşürəm, bu, bir fürsətdir - Pelleqrini
18:57 13.07.2026
Gündəm
D-8 Media Mükəmməllik Mərkəzinin hüquqi statusu hazırlanıb
18:54 13.07.2026
Media
Tramp İranın blokadasının bərpa olunduğunu elan edib
18:37 13.07.2026
Dünya
“Real”ın yeni kapitanı müəyyənləşdi
18:08 13.07.2026
Futbol
Vətəndaş Nikol Paşinyanı məhkəməyə verir
17:57 13.07.2026
Gündəm
OPEC: Azərbaycanda bu il ikinci rübdə neft hasilatı artıb
17:33 13.07.2026
İqtisadiyyat
Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı
16:21 13.07.2026
Mədəniyyət
Slaven Biliç Xorvatiya millisinin baş məşqçisi təyin olunub
16:15 13.07.2026
Futbol
Yeniyetməyə qarşı soyğunçuluq edən şəxs saxlanıldı
15:47 13.07.2026
Hadisə
6 ay ərzində narkotiklə bağlı 2848 şəxs tutulub, 30-u əcnəbidir
15:17 13.07.2026
Hadisə