Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur.
Bu barədə Sherg.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.
Dumanlı hava şəraitinin fevralın 18-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.