Goranboyda 14 yaşlı qızı avtomobil vurub

Goranboyda piydanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Sherg.az-ın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Naftalan şəhər sakini 1941-ci il təvəllüdlü Ə.Aslanov idarə etdiyi avtomobil ilə hərəkətdə olan zaman yolu keçmək istəyən rayon sakini 2011-ci il təvəllüdlü A.Əsədovanı vurub.

Dərhal yeniyetmə qız xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin hazırda orta ağır olduğu bildirilir. Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.