Göy üzündə təhlükə siqnalı: Quşlar köç etməyi unudur!
Göy üzündə təhlükə siqnalı: Quşlar köç etməyi unudur!
11:00 07.10.2025
Ekologiya
391
389 quş növü yox olma ərəfəsindədir, səbəb iqlim dəyişikliyidir
Quşlar, elm dünyasını narahat edən bir davranış dəyişikliyi nümayiş etdirir. İqlim dəyişikliyinin təsiri ilə yaranan bu qəribə dövr minlərlə növü təhlükə altına salır.
Sherg.az xəbər verir ki, ABŞ ərazisində quşlar alimləri narahat edən bir davranış dəyişikliyi yaşayır. Artan temperatur səbəbindən bir çox növ hər il həyata keçirdikləri köç marşrutlarını tərk edir və ya köçü gecikdirir.
Cornell Universitetindən köç ekologiyası üzrə mütəxəssis Endrü Farnsvortun sözlərinə görə, bu meyl davam edərsə, çoxlu sayda quş növü məhv olma təhlükəsi ilə üzləşə bilər.
Farnsvort bildirib:
“Quşların Yer üzündəki yerləşməsi ilə iqlim arasındakı əlaqə çox güclüdür. İqlimdəki dəyişikliklər quşların həyat dövrünü birbaşa təsir altına alır.”
Qış aylarında müşahidə edilən həddindən artıq isinmə, quşların cənuba köç etmə instinktini pozur. Lakin bu gecikmə onların uyğun qida və sığınacaq tapmadan mövsüm dəyişikliyinə yaxalanmasına səbəb olur.
Xüsusilə həşəratlar və bitkilər hələ meydana çıxmadan köç bölgələrinə çatan quşlar aclıqdan və soyuqdan ölür.
National Audubon Society təşkilatının hesabatına görə, Şimali Amerikada 389 quş növü qarşıdakı 50 il ərzində məhv olmaq təhlükəsi ilə üz-üzədir.
Bu rəqəm araşdırılan növlərin təxminən üçdə ikisinə bərabərdir. Cornell Ornitologiya Laboratoriyasının məlumatına əsasən, 1970-ci ildən bəri Şimali Amerikada 3 milyard quş yox olub.
Quşlar təkcə təbiət üçün deyil, insanlıq üçün də mühüm rol oynayır: onlar zərərvericiləri məhv edir, toxumları yayır və bitkilərin tozlanmasına kömək edirlər. İnsanlar tərəfindən istifadə olunan qida və dərman bitkilərinin təxminən 5%-i quşların sayəsində tozlanır.
Quş populyasiyasının azalması banan, qəhvə, kakao kimi tropik məhsulların istehsalını azaldır, orxideya və aloe kimi dərman bitkilərinin də gələcəyini təhlükə altına salır. Bu vəziyyət həm dərman sənayesində, həm də qida istehsalında ciddi böhranlara səbəb ola bilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm