Türkiyənin 48 vilayətində qeyri-sabit hava şəraiti səbəbindən məktəblərdə tətil elan edilib.
"Report" "Haberler.com" portalına istinadən xəbər verir ki, bu barədə vilayət administrasiyaları məlumat yayıb.
Bundan başqa, Osmaniye, Sakarya, Kocaeli və Konya vilayətlərinin bir sıra ərazilərində, həmçinin İstanbulun Şişli rayonunda da yanvarın 2-si qeyri-dərs günüdür.
Qeyd edək ki, Türkiyədə güclü qar yağışı ölkəboyu bir sıra çətinliklərə yol açıb. Diyarbakır, Kastamonu və s. vilayətlərdə qar uçqunu barədə xəbərdarlıq edilib. Artvin vilayətində isə 6 çoban qar uçqunu altında qalıb. Onlardan üçü xilas eidlib, ikisinin isə meyiti tapılıb. Üçüncü çobanın axtarışları havanın pisləşməsi səbəbindən təxirə salınıb.