İstanbulda sarı kodlu yağış başladı, 24 saat davam edəcək

İstanbulda gözlənilən leysan yağış gecə yarısından etibarən təsirini göstərməyə başlayıb. Yollarda su yığıntıları əmələ gəlib, bəzi ev və iş yerlərini su basıb.

Sherg.az xəbər verir ki, Meteorologiya Baş İdarəsi (MGM) tərəfindən sarı kod verilən İstanbulda şimal bölgələrində başlayan yağış gecə boyunca zaman-zaman şiddətlənərək bütün şəhərə yayılıb.

Leysan səbəbilə şəhərin bəzi hissələrində su yığıntıları yaranıb, sürücülər və piyadalar irəliləməkdə çətinlik çəkib.

Sarıyer–Kilyos yolunda yağış nəticəsində yol gölə dönüb, Arnavutköydə də oxşar mənzərələr yaşanıb.

Yanğınsöndürmə briqadaları su basqınlarına müdaxilə edərək yağış sularını təxliyə edib.

Avropa Yakasında Hasdal qovşağı və Eyüpsultanda yağış səbəbilə su yığıntıları əmələ gəlib, sürücülər çətinliklə yol alıb.

Şəhər üzrə şiddətli yağış və yol kənarlarında yığılan sular səbəbilə hərəkət ləngiyib.

Avcılar, Denizköşkler sahil yolunda su basqınına görə röqarlar açılıb, yolun bir hissəsi trafikləyə bağlanıb.

Fatihdə yerləşən İBB Haliç Sənət Qalereyasının zirzəmisini də su basıb. Ekiplerin suyu təxliyə işləri davam edir.

Uskumruköydə, viyadüğün altındakı inşaat sahəsində çayın üzərindən keçən yolda yağışın təsiri ilə çökmə baş verib.

Çökmədən sonra yolda olan pikap və yük maşını çaya düşüb.

Hadisə yerinə jandarma, tibb, yanğınsöndürmə və axtarış-xilasetmə qrupları göndərilib.

Bölgədə selə qapılan bir avtomobil də kanala düşüb, bəzi iş yerlərini su basıb.

Fikirtepe məhəlləsində tikinti sahəsində istinad divarı leysan nəticəsində torpaq sürüşməsi ilə çökmüş, əraziyə polis və bələdiyyə qrupları cəlb edilib.

Şantiyə bitişik binada yaşayanlar ehtiyat məqsədilə evlərini tərk edib. Araşdırmalardan sonra binada ziyan olmadığı müəyyənləşdirilib və sakinlər evlərinə qayıdıb.

Üsküdar Çengelköydə tıxanan rögar səbəbilə bir yolu su basıb. Bəzi sürücülər suyu keçməkdə çətinlik çəkib, digərləri isə geri dönüb.