
Moratorium balıq növlərinin qorunması və təbii ehtiyatların bərpası üçün vacibdir -Ekoloqdan AÇIQLAMA
10:35 28.04.2025
Ekologiya
368
Balıqların kürütökmə dövrü ilə əlaqədar 1 may 2025-ci il tarixindən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir və sentyabrın 1-dək davam edəcək.
APA xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Xaliq Mirzəyev bildirib.
Xidmət rəisi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə çağırıb:
“Sənaye balıq ovu ilə məşğul olan fiziki və hüquqi şəxslər bütün təbii su hövzələrindən balıq ovu alətlərinin kənarlaşdırılmasını may ayının 1-dək təmin etməlidir, əks halda ov alətlərinin su hövzələrində saxlanılması qanun pozuntusu hesab ediləcək və həmin şəxslər barəsində qanunamüvafiq qaydada intizam tədbirləri tətbiq olunacaq.
Balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar”.
X.Mirzəyevin sözlərinə görə, qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik, eləcə də Bioloji Müxtəlifliyin Qorunması Xidmətlərinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir və qanunsuz balıq ovu ilə məşğul olan şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.
Ekoloq Rövşən Abbasov Sherg.az-a bildirib ki, 1 may 2025-ci ildən etibarən, ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna tətbiq ediləcək moratorium, balıqların kürütökmə dövrü ilə əlaqədardır:

“Hər il bu vaxtlarda balıq ovuna moratorium qoyulur. Bu dövr, balıqların kürütökmə məqsədilə su hövzələrində daha aktiv olduğu və yumurtlayıb yeni nəsil meydana gətirdiyi dövrüdür. Həmin vaxt ərzində balıq ovunun dayandırılması, balıq növlərinin qorunması və təbii ehtiyatların bərpası üçün vacib hesab edilir. Orta hesabla bir balıq yüz min, hətta milyona yaxın yumurta qoyur və ondan külli miqdarda balıq əmələ gəlir. Xəzər dənizində yaşayan balıqların kürütökmə imkanları müxtəlif amillərdən asılıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Barselona" "Kamp Nou"nu tərk edir: UEFA qaydaları və yeni stadion
19:26 14.07.2026
Futbol
Ərdoğan Qətərə səfər etdi
19:19 14.07.2026
Gündəm
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana təhvil veriləcək
19:12 14.07.2026
Hadisə
Gəncədə altı nəfər qidadan zəhərləndi
18:58 14.07.2026
Hadisə
Türkiyə Netanyahunu axtarışa verib
18:13 14.07.2026
Dünya
Brüsseldə tikinti sahəsində yanğın baş verib, ölənlər var
17:19 14.07.2026
Dünya
Media Kuboku 2026-nın püşkü atıldı
17:07 14.07.2026
İdman
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb
17:06 14.07.2026
Cəmiyyət
Suraxanıda evdən oğurluq edən qadın saxlanıldı
16:53 14.07.2026
Hadisə
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib
16:52 14.07.2026
Dünya
Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət uzadıldı
16:30 14.07.2026
Dünya
ABŞ İrana hücum etdi - üç nəfər öldü - YENİLƏNDİ
16:27 14.07.2026
Dünya
Flora Kərimovanın müalicəsi ev şəraitində davam edir
16:20 14.07.2026
Mədəniyyət