Müqəddəs hesab olunur! Nəsli təhlükə altında olan bozqurd meşədə görüntüləndi
Yusif Nəzərli
15:49 06.06.2025
Ekologiya
349
Türkiyənin Bursa bölgəsində nəsli tükənmə təhlükəsi ilə üz-üzə olan bozqurd meşədə dolaşarkən müşahidə kamerasına düşüb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, bozqurdun görüntüləri, Türkiyə Təbiəti Qoruma və Milli Parklar 2-ci Bölgə Müdirliyinin sosial media hesabında paylaşılaraq belə bildirilib: “Güclü bədəni, iti baxışları və meşədə səssizcə addımlayan hərəkətləri ilə Anadolu yabanı təbiətinin ən təsirli simvollarından biri: bozqurd… Elmi adı ilə Canis lupus anatolicus olan bu növ xüsusilə dağlıq və meşəlik ərazilərdə yaşamağa üstünlük verir. Geniş meşə örtüyü və vəhşi təbiət strukturu bozqurdların ümumi yaşayış yerlərini təşkil edir.”
Paylaşımda bozqurdun nəsli təhlükə altında olduğuna da diqqət çəkilərək deyilir:
“Yaşayış mühitlərinin daralması, qanunsuz ovçuluq və insan təzyiqi səbəbindən populyasiyalarında azalma müşahidə olunur. Buna görə də bozqurd, qorunması vacib olan vəhşi heyvan növləri sırasına daxildir. Bu xüsusi anı qeydə alaraq həm yabanı təbiətin zənginliyinə, həm də qorunması vacib növlərə diqqət çəkirik. Təbiət səssizliyini qoruyarkən, bu səssizlik içindəki izləri görmək istəyənlər üçün hər kadr bir mesaj daşıyır…”
Türk, Monqol və Altay mifologiyalarında müqəddəs heyvan və milli simvol hesab edilən bozqurd təbiətdə orta hesabla 13 il yaşayır. Canavar növləri içərisində ən böyüyü olan bozqurdların çəkisi isə 18 ilə 70 kiloqram arasında dəyişir. Gündə 20 kilometrədək məsafə qət edə bilən bozqurdlar saatda 60 kilometr sürətlə qaça bilir. Çox iti dişləri və güclü çənələri olan, digər canavar növlərinə görə daha iri bədən quruluşuna və daha böyük kəllə sümüyünə sahib olan bozqurdların rəngləri isə yaşadıqları bölgələrə görə ağ, krem, sarı, qırmızı, boz və qara ola bilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moldova xarici işlər naziri Azərbaycana gəlir
18:00 05.03.2026
Siyasət
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm
Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxunub
17:33 05.03.2026
Hadisə
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri telefonla danışıb
17:27 05.03.2026
Siyasət
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual
İranın Azərbaycana hücumu o deməkdir ki... – “Quardian”
15:14 05.03.2026
Dünya
İran Türkiyədə İncirlik bazasını vurmaq istəyirmiş
15:11 05.03.2026
Gündəm
Dövlət Neft Fondunun rəhbərliyinə təyinat olub
15:06 05.03.2026
Gündəm