Oktyabrda iqlim göstəricisi normadan yuxarı olub
11:08 03.11.2025
Ekologiya
259
2025-ci ilin oktyabr ayında Bakı və Abşeron yarımadasında havanın temperaturu iqlim norması ilə müqayisədə 27 gün normadan yuxarı (0.1- 6 dərəcə), 4 gün isə normadan aşağı (1.4-2 dərəcə) olub. Orta aylıq temperatur 18.7 dərəcə isti olub ki, bu da iqlim normasından 2.6 dərəcə yuxarıdır.
Axar.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.
Onun sözlərinə görə, oktyabr ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında oktyabrın 9-u və 12-si 26.6 dərəcə, bölgələrdə isə (Ordubad) oktyabrın 9-u 34.4 dərəcəyə qədər yüksəlib:
“Havanın minimal temperaturu isə Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də 6.4 dərəcə isti (Maştağa), yüksək dağlıq ərazilərdə isə oktyabrın 31-də 6.1 dərəcə şaxta (Şahdağ) qeydə alınıb. Oktyabr ayının bəzi günlərində fasilələrlə yağış yağıb, şimşək çaxıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub, yüksək dağlıq ərazilərə qar yağıb. Qar örtüyünün maksimal hündürlüyü Qrızda (Quba) 10 sm qeydə alınıb. Bölgələrdə 26 gün yağıntılı hava şəraiti müşahidə olunub. Ən çox yağıntı aylıq normanın 107 faizi olmaqla Quba-Qusar zonasına (68.4 mm) düşüb”.
N.Mahmudov qeyd edib ki, oktyabr ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq 9 xəbərdarlıq (sarı və narıncı) verilib:
“Bakıda və Abşeron yarımadasında 9 gün, bölgələrdə isə 15 gün küləkli hava şəraiti müşahidə olunub, küləyin maksimal sürəti 28 m/s-dək güclənib”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm
Azərbaycana yola düşürəm, bu, bir fürsətdir - Pelleqrini
18:57 13.07.2026
Gündəm
D-8 Media Mükəmməllik Mərkəzinin hüquqi statusu hazırlanıb
18:54 13.07.2026
Media
Tramp İranın blokadasının bərpa olunduğunu elan edib
18:37 13.07.2026
Dünya
“Real”ın yeni kapitanı müəyyənləşdi
18:08 13.07.2026
Futbol
Vətəndaş Nikol Paşinyanı məhkəməyə verir
17:57 13.07.2026
Gündəm
OPEC: Azərbaycanda bu il ikinci rübdə neft hasilatı artıb
17:33 13.07.2026
İqtisadiyyat
Nəriman Həsənzadənin səhhəti ilə bağlı xəstəxana məlumat yaydı
16:21 13.07.2026
Mədəniyyət
Slaven Biliç Xorvatiya millisinin baş məşqçisi təyin olunub
16:15 13.07.2026
Futbol
Yeniyetməyə qarşı soyğunçuluq edən şəxs saxlanıldı
15:47 13.07.2026
Hadisə
6 ay ərzində narkotiklə bağlı 2848 şəxs tutulub, 30-u əcnəbidir
15:17 13.07.2026
Hadisə