Qar doğrudanmı ağdır? - "Şərq" maraqlı faktları təqdim edir

Qar böyükdən kiçiyə hamının sevdiyi bir təbiət mənzərəsidir. Bununla belə bilmədiyiniz çox şeylər var. Sherg.az qış və qarla bağlı maraqlı faktları təqdim edir:

Qar səsi udur - məsaməli quruluşu sayəsində səsi çox yaxşı izolyasiya edir, bu da qarlı havalarda sakitlik hissi yaradır.

Qar qorxusu var - chionofobiya adlanır və ciddi psixoloji əlamətlərlə müşayiət olunur.

Qışda Günəşə daha yaxınıq - Yer qış aylarında Günəşə yaydan daha yaxın olur.

Qış psixologiyaya təsir edir - günəş işığının azalması serotonin səviyyəsini aşağı salır, depressiya və halsızlıq yarada bilər.

Boşanmalar qışda artır - psixoloqlar mühüm qərarlar üçün yazı gözləməyi tövsiyə edirlər.

Qar əslində rəngsizdir - ağ görünməsi işığın bütün rənglərini əks etdirməsi ilə bağlıdır; bəzən çəhrayı, qırmızı qar da yağır.

Ən soyuq qış - 1983-cü ildə Antarktidada -123 dərəcə qeydə alınıb.

Bitkilər üçün vacibdir - bir çox bitki məhsuldarlıq üçün qış soyuğuna ehtiyac duyur.

Qarın 100 adı var - eskimoslar qarın müxtəlif növlərini ifadə etmək üçün 100-dən çox söz işlədirlər.