Meteorologiyanın xəbərdarlığından sonra Türkiyənin bir çox bölgəsi güclü qarın təsiri altına düşüb. Şırnak, Qars, Ardahan, Hakkari, Van, Muş və Sakaryada qar həyatın axarını çətinləşdirib.
Sherg.az xəbər verir ki, Şırnakın Beytüşşebap rayonunda qarın qalınlığı yarım metri keçib. Kənd yollarının açılması üçün fasiləsiz işlər aparılır. Havanın temperaturu bəzi yerlərdə -10°C-yə düşüb.
Hendek rayonunun yüksək yaylalarında qar yağışı sonrası bölgə tamamilə ağappaq olub.
Sarıkamışda meşəlik ərazilər qarla örtülüb, Ağbaba Dağı və ətrafdakı ormanlar dronla görüntülənib. Çalı gölü donub.
Ağır qış şərtlərinə görə Ardahan- Ardanuç yolunun yaza qədər bağlanmasına qərar verilib. Nəqliyyat üçün alternativ yollar göstərilib.
Hakkarinin Yüksekova rayonunda şiddətli qar yağışı səbəbi ilə Selahaddin Eyyubi Hava Limanında bütün uçuşlar dayandırılıb.
Muşun Varto rayonunda bağlanan 8 kənd yolu açılıb. Van və Yüksekovada qar qalınlığı yüksək bölgələrdə 30-40 sm-ə çatıb.
Uludağda güclü sis səbəbindən görüş məsafəsi 5 metrə qədər azalıb. Qar qalınlığı 15 sm-i keçib, turistlər bölgəyə axın edir.