Qlobal istiləşməni 1,5 °C hüdudunda saxlamaq hədəfi təhlükə altındadır
14:05 22.09.2025
Ekologiya
435
BMT-nin Baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, qlobal istiləşməni sənayedən əvvəlki dövrlə müqayisədə 1,5 °C səviyyəsində saxlamaq hədəfi iflasa uğramaq təhlükəsi ilə üz-üzədir. Onun sözlərinə görə, əgər ölkələr emissiyaların azaldılması istiqamətində əlavə tədbirlər görməsələr, vəziyyət “kollapsa” yaxınlaşır.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, BMT Baş Assambleyasının növbəti sessiyası və “İqlim həftəsi” ərəfəsində çıxış edən Quterreş vurğulayıb ki, mövcud milli planlar istixana qazlarının azaldılması üçün yetərli deyil. O qeyd edib ki, bu sənədlərin bir çoxu bütün iqtisadiyyat sahələrini əhatə etmir və emissiyaların tam azaldılmasını nəzərdə tutmur.
“Əgər qarşıdakı illərdə emissiyaları azaltmasaq, qlobal istiləşməni 1,5 °C-də saxlamaq şansı itiriləcək”, – deyə Baş katib bildirib.
Hökumətlərarası iqlim dəyişikliyi üzrə ekspertlər qrupunun proqnozlarına görə, Yer kürəsində temperaturun 2030–2035-ci illər arasında bu həddə çatması ehtimalı təxminən 50 faiz təşkil edir. Alimlər bildirirlər ki, bu göstəricinin cüzi də olsa aşılması ekstremal hava hadisələrinin, istilik dalğalarının, bioloji müxtəlifliyin itirilməsi və ekosistemlərin deqradasiyası risklərini artıracaq.
BMT ən iri iqtisadiyyatları olan Çinə, Avropa İttifaqına daxil olan ölkələrə və digərlərinə iqlim strategiyalarını təcili yeniləmək çağırışı edib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 30-cu sessiyası (COP30) qəbul olunmuş öhdəliklərin icrasına dünya ictimaiyyətinin diqqətini cəlb edən əsas mərhələ olacaq. Gözlənilir ki, bu tədbir dünya ictimaiyyətinin diqqətini qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsinə yönəldəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat