Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb

Quba və Qusar rayonlarının yüksək dağlıq ərazilərində qar yağıb.

APA-nın Şimal bürosunun məlumatına görə, qar örtüyünün hündürlüyü Qusar rayonunun Laza kəndində 8 santimetr, Quba rayonunun Xınalıq və Qrız kəndlərində isə 15 santimetr təşkil edir.