Rusiyanın Kamçatka yarımadasında son 30 ilin ən güclü qar yağışı müşahidə olunur. Qarın qalınlığı 1,5 metrə çatıb, avtomobillər və binaların girişləri qarla örtülüb.
Sherg.az xəbər verir ki, Petropavlovsk-Kamçatska şəhərində iki nəfər həyatını itirib və fövqəladə vəziyyət elan edilib. Toplu nəqliyyat dayanıb, məktəblər tətil edib, bir çox müəssisələr uzaqdan işləməyə keçib.
Rusiyanın Milli Qvardiyası və Fövqəladə Hallar Nazirliyi bölgədə əhaliyə yardım edir, çatıları qar yükündən qorumağa çalışır. Qida və dərman çatışmazlığı müşahidə olunur, sakinlər mümkün olmadıqca evdən çıxmamalıdır.