Bosniya və Herseqovinanın paytaxtı Sarayevo dünyanın hava keyfiyyəti ən aşağı olan şəhərləri sırasında yer alıb. Şəhərdə çirkli havanın yaratdığı sıx sis bütün ərazini bürüyüb.
Sherg.az xəbər verir ki, günlərdir davam edən güclü sis və tüstü PM hissəciklərinin səviyyəsinin normadan xeyli yuxarı qalxmasına səbəb olub. Mütəxəssislər çirklənmənin əsas səbəbləri kimi isitmə məqsədilə bərk yanacaqlardan geniş istifadəni, nəqliyyat sıxlığının artmasını və temperatur inversiyasını göstərirlər. Normal şəraitdə hündürlük artdıqca hər 100 metrdə azalan hava temperaturunun əksinə olaraq artması temperatur inversiyası adlanır ki, bu da hava keyfiyyətinə mənfi təsir göstərir.