Tokayev: Xəzər dənizi fəlakətə yaxınlaşır

“Su səviyyəsinin aşağı düşməsinin qeydə alındığı Xəzər dənizi ilə bağlı vəziyyət ekoloji fəlakətə yaxındır, problem Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) formatında məsləhətləşmələr üçün prioritet ola bilər”.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çinin Tiancin şəhərində keçirilən “ŞƏT Plus” sammitində deyib.
“Bu gün belə bir təmsilçi forum çərçivəsində diqqətinizi çox incə, amma ciddi bir mövzuya yönəltmək istərdim - Xəzər dənizi ətrafındakı acınacaqlı vəziyyətə. Durum ekoloji fəlakətə yaxınlaşır. Bu problem ŞƏT çərçivəsində uzunmüddətli məsləhətləşmələr üçün prioritet ola bilər”, - prezident qeyd edib.