ABŞ-nin Venesuelaya müdaxiləsi illərlə davam edə bilər.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "The New York Times" qəzetinə verdiyi müsahibədə bildirib.
Tramp Venesuelada Maduroya sadiq Delsi Rodrigezin rəhbərlik etdiyi müvəqqəti hökumətin yerinə seçkilərin keçirilib-keçirilməyəcəyini açıqlamayıb .
Tramp ABŞ-nin Venesuela neftinə sahib çıxıb-çıxmayacağına dair suala belı cavab verib: "Ağ Ev sanksiyalar çərçivəsində neft satışını qeyri-müəyyən müddətə qədər izləyəcək".
Tramp dünyanın ən böyük təbii ehtiyatlarına malik olan Venesueladan neft alacaqlarını, lakin ölkənin neft sənayesinin bərpası üçün bir az vaxt lazım olacağını bildirib. Çünki neft sənayesi pis idarəetmə səbəbindən kəskin şəkildə azalıb. Tramp "The New York Times" qəzetinə verdiyi müsahibədə ABŞ dövlət katibi Marko Rubionun Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezlə "daimi əlaqədə" olduğunu bildirib: "Rodrigez bizə lazım olan hər şeyi verir".