Türkiyənin bir neçə bölgəsində güclü qar yağışı və fırtına müşahidə olunur.
Sherg.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Kəskin hava şəraiti nəticəsində bəzi avtomobillər yollarda qalıb, sakinlər nəqliyyat vasitələrini tərk edərək evlərinə piyada getməyə məcbur olublar. Təhlükəsizlik məqsədilə ölkənin 14 vilayətində, o cümlədən Qara dəniz bölgəsindəki Zonquldak və Karabük, şərqdə Van və Muş, cənub-şərqdə Mardin, eləcə də şimalda Bolu vilayətlərində məktəblər müvəqqəti bağlanıb.
Bəzi bölgələrdə hamilə qadınlar, əlilliyi olan şəxslər və azyaşlı uşaqlara baxan dövlət işçiləri inzibati məzuniyyətə göndərilib.
Məlumata görə, ölkənin bəzi ərazilərində qar yığınlarının hündürlüyü insan boyunu keçib, bu da gündəlik həyatı ciddi şəkildə çətinləşdirib.