Umayra Tağıyeva: Azərbaycan Enerji və İqlim Mərkəzinə ev sahibliyi etməyə hazırdır
12:46 17.10.2025
Ekologiya
373
Azərbaycanda keçirilən COP29 tədbiri çərçivəsində iqlim maliyyəsi sahəsində irəliləyiş əldə olundu.
“APA-Economics” xəbər verir ki, bunu “D-8 Yüksək Səviyyəli İqlim və Şəhər Dialoqu” tədbirində ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.
O qeyd edib ki, tərəflər inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsini üç dəfə artırmaq barədə razılığa gəldilər:
“Əvvəlki 100 milyard dollardan 2035-ci ilə qədər hər il 300 milyard dollara çatdırılacaq. Eyni zamanda, dövlət və özəl mənbələrdən hər il 1,3 trilyon dollar vəsaitin səfərbər olunması qərara alındı. Bakı İqlim Maliyyəsi Hədəfi ən həssas ölkələrin qorunmasına, təmiz enerjinin genişlənməsinə, daha çox iş yerlərinin yaradılmasına, daha güclü iqtisadi artıma və əlçatan enerjiyə xidmət edəcək.
Digər tərəfdən karbon bazarı mexanizmi tam şəkildə işə salındı. Bu, inkişaf etməkdə olan ölkələr üçün çox müsbət xəbərdir, çünki karbon kreditləri vasitəsilə yeni maliyyə axınlarının qapısını açır”.
U.Tağıyeva deyib ki, COP 29 çərçivəsində adaptasiya məsələsi ön plana çəkildi:
“Bakı Adaptasiya Yol Xəritəsi” qəbul edildi və bu, iqlim davamlılığı tədbirlərinin sürətləndirilməsinə təkan verəcək. Sürətlə böyüyən şəhərlərimiz üçün bu qərarlar iqlim təsirlərinə qarşı daha güclü və dayanıqlı infrastruktur qurmaqda əlavə dəstək deməkdir.
Azərbaycan həmçinin Enerji və İqlim Mərkəzinin yaradılmasının təşəbbüskarı olub. Birgə səylərimizlə bu mərkəz qardaş D8 ölkələri üçün faydaları ölkə daxilində konkret nəticələrə çevirmək məqsədilə dinamik platforma rolunu oynayacaq. Mərkəz regional əməkdaşlıq üçün bir mərkəz olacaq, ekspertləri, siyasətçiləri, tədqiqatçıları və özəl sektoru bir araya gətirərək D8 məkanında yaşıl enerji həllərinin inkişafına təkan verəcək. Azərbaycan bu mərkəzin fəaliyyətinə ev sahibliyi etməyə, institusional və əməli dəstək göstərməyə hazırdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa verib
22:20 13.07.2026
Dünya
"Erməni soyqırımı" layihəsi: Knesset təxirə saldı
22:02 13.07.2026
Dünya
Slovakiya Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
21:34 13.07.2026
Siyasət
Məsud Pezeşkian Rusiyanın energetika nazirini qəbul etdi
20:46 13.07.2026
Region
Azərbaycan Ordusunun Baş Qərargah rəisi Belarusda rəsmi səfərdədir
20:39 13.07.2026
Hərbi
Anna Akopyan Efiopiyaya ezam olunacaq
20:24 13.07.2026
Dünya
Bakı-Qars aviareysləri iyulun 30-dan başlayır
20:13 13.07.2026
Aktual
Tramp: Hörmüz boğazına nəzarəti ələ keçirəcəyik
20:08 13.07.2026
Gündəm
Muhsin Yazıcıoğlu işi üzrə 25 şübhəli saxlanılıb
20:05 13.07.2026
Hadisə
AB Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi
19:50 13.07.2026
Dünya
Füzulidə yanğınlar zamanı mina partlayışları baş verib
19:42 13.07.2026
Hadisə
Ermənistanı sülhdən uzaqlaşdırırlar - ŞƏRH
19:15 13.07.2026
Gündəm