Vəhşi canavar yemək üçün yaşayış sahəsinə endi, qarğalar imkan vermədi

Türkiyənin Qars bölgəsinin Digor rayonunda, soyuq hava səbəbindən qida axtaran bir vəhşi canavar yaşayış sahəsinə yaxınlaşıb. Qəsəbənin girişində vəhşi canavarın görüntüləri sakinlər tərəfindən çəkilib.

Sherg.az xəbər verir ki, bir müddət ərazidə dolaşan canavar sonra rayon tullantı sahəsinə yönəlib. Qargaların narahat etməsi nəticəsində heyvan qısa müddət sonra gözlərdən itib. Hava temperaturunun sıfırın altında olması və yüksək yerlərdə qar yağışı vəhşi heyvanların davranışına təsir edir.

Qalereya