Yeni tədqiqat Yerdəki suyun mənşəyinə dair mövcud nəzəriyyəni təkzib edir
Yusif Nəzərli
08:16 20.04.2025
Ekologiya
421
Oksford Universitetində aparılan yeni tədqiqat Yerdəki suyun mənşəyi ilə bağlı dominant elmi nəzəriyyəyə ciddi şübhələr doğurub. “Icarus” jurnalında dərc olunan araşdırma seysmik əhəmiyyətə malik nəticələrlə Yerin formalaşdığı ilkin materialın əvvəl ehtimal ediləndən daha yüksək miqdarda hidrogen ehtiva etdiyini ortaya qoyur.
Tapıntılar Yerdəki suyun əsasən, asteroidlərin toqquşması nəticəsində əmələ gəldiyi fikrini zəiflədərək suyun mənşəyinin birbaşa planetimizin yaranma mərhələsinə gedib çıxdığını göstərir.
AZƏRTAC “Science Daily” saytına istinadla xəbər verir ki, tədqiqat qrupu erkən Yerə analoq kimi qəbul edilən nadir meteoritin kimyəvi analizini aparıb. Antarktidadan toplanmış LAR 12252 meteoritindən istifadə olunaraq sinxrotron əsaslı rentgen spektroskopiyası vasitəsilə materialın elementar tərkibi və kimyəvi vəziyyəti araşdırılıb. Əvvəlki tədqiqatlar meteoritlərdə hidrogenin mövcudluğunu çirklənmənin nəticəsi ola biləcəyini irəli sürsə də, yeni araşdırmada Oksford alimləri hidrogenin əsasən meteoritin matris hissəsində kristal olmayan zonada yerləşdiyini aşkar ediblər. Bu hissədə meteoritin hidrogen sulfidlə zəngin olması və yerüstü çirklənmə əlamətləri göstərməməsi onun kosmik mənşəli olduğunu təsdiqləyir.
Analiz nəticələri göstərib ki, matrisdəki hidrogen miqdarı beş dəfə yüksəkdir. Əksinə, meteoritin səthindəki çatlarda və oksidləşmiş hissələrdə hidrogenin miqdarı ya çox az olub, ya da ümumiyyətlə, qeydə alınmayıb. Bu isə hidrogenin yer mənşəli çirklənmədən deyil, ilkin formalaşma mərhələsindən qaynaqlandığını təsdiqləyir.
Tədqiqatın aparıcı müəllifi, Oksford Universitetinin doktorantı Tom Barrett qeyd edir: “Nümunədə hidrogen sulfidin aşkar olunması bizi çox həyəcanlandırdı — xüsusilə də bunu gözləmədiyimiz bir yerdə tapdıq. Bu maddənin yerüstü çirklənmədən yaranma ehtimalı olduqca azdır və bu, planetimizdəki suyun əslində onun inşa materialından törədiyini göstərən güclü dəlildir”.
Tədqiqatın həmmüəllifi, dosent Ceyms Brison isə əlavə edib: “Bu tapıntılar Yer planetinin formalaşması və onun indiki şəraitə necə gəlib çatması ilə bağlı suallara mühüm cavablar verir. Görünür ki, Yerin ilkin komponentləri (enstatit xondritləri kimi) əvvəlki düşüncələrimizə nisbətən xeyli daha çox hidrogen ehtiva edirdi. Bu isə sonradan baş verən asteroid toqquşmalarından asılı olmayaraq Yerin suya sahib olmasını mümkün edib”.
Araşdırma Yer kürəsində həyatın yaranması üçün əsas rol oynayan suyun mənşəyi ilə bağlı elmi yanaşmalara yenidən baxılmasını tələb edir. Suyun planetin formalaşmasından dərhal sonra mövcud olması ehtimalı onun xarici mənbədən gətirilməsinə nisbətən daha əsaslı görünür. Bu isə planetar formalaşma modelləri və astrobioloji tədqiqatlar üçün yeni istiqamətlər açır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanla BƏƏ arasında sənədlər imzalanıb
18:30 14.09.2026
Gündəm
Bakıda skuter qəzası - Anbaan VİDEO
18:18 14.09.2026
Hadisə
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir
18:15 14.09.2026
Sosial
Körpənizin ağlamasına bir az imkan verin!
18:03 14.09.2026
Cəmiyyət
Erməni nazir qondarma dövləti “diriltdi” -“Əcdadlarım ordandır”
17:44 14.09.2026
Region
11 aylıq Büşra körpə satılıb? Ananın etirafı, atanın təkzibi
17:11 14.09.2026
Hadisə
Ketrin Zeta-Cons Maykl Duqlasla 26 illik evliliyinin sirrini açıqladı
17:08 14.09.2026
Şou
Ramiz Mehdiyevin cinayət işi məhkəməyə göndərildi
16:59 14.09.2026
Cəmiyyət
KTMT Özbəkistanla əməkdaşlıq imkanlarını nəzərdən keçirir
16:18 14.09.2026
Dünya
Türkiyənin məşhur iş adamının olduğu təyyarə qəzaya uğradı
16:09 14.09.2026
Hadisə
Nazir dərs saatlarının dəyişdirilməsindən danışdı
16:05 14.09.2026
Elm və Təhsil
Azərbaycan dili fənninin dərs saatları artırılır
15:42 14.09.2026
Elm və Təhsil
Rusiya ordusu Ukraynada 3 yaşayış məntəqəsini nəzarətə götürüb
15:05 14.09.2026
Dünya