Abramoviç “Çelsi”nin satışından gələn vəsaiti Kiyevə verməkdən imtina edib

Britaniyada sanksiyaya düşmüş iş adamı Roman Abramoviç İngiltərə futbol klubu “Çelsi”nin satışından əldə olunan vəsaiti Ukraynaya verməkdən imtina edib.

Sherg.az-ın məlumatına görə, Abramoviçin vəkilləri bildirir ki, pulun köçürülməsi məhkəmə prosesi başa çatmayana qədər mümkün olmayacaq. Abramoviç əvvəlcə vəsaitin “Ukraynadakı müharibə qurbanlarına” çatacağını vəd etmişdi, lakin indi həm Ukrayna, həm də hərbi əməliyyatlardan zərər çəkmiş rusların da faydalanmasını istəyir.