"Hall Siti" klubunun sahibi Acun Ilıcalı klubun maliyyə durumu və Premyer Liqa hədəfləri ilə bağlı İngiltərə mətbuatına açıqlama verib. O bildirib ki, maliyyə ədalətli oyun (FFP) qaydalarına görə 1 iyuldan əvvəl bəzi futbolçuların satılması lazım gələ bilər, lakin bunun ciddi problem yaratmayacağını düşünür.
“Şərq” xəbər verir ki, Ilıcalı indiyədək kluba təxminən 100 milyon funt sterlinq sərmayə qoyduğunu deyərək, güclü heyət qurduqlarını vurğulayıb. Premyer Liqaya yüksələcəkləri təqdirdə iddialı olacaqlarını bildirən klub sahibi, “Əgər yüksəlsək, məni izləyin - əsl çılğın adamı onda görəcəksiz” deyə qeyd edib.
Klubun artıq çoxsaylı dəyərli futbolçulara sahib olduğunu bildirən Ilıcalı, əsas məqsədlərinin "Hall Siti" klubunu sağlam maliyyə strukturu ilə uğura daşımaq olduğunu bildirib.