"Fənərbaxça"nın əfsanəvi futbolçusu Aleks de Souza məşqçilik karyerasında uğur əldə edə bilməyib. Sherg.az xəbər verir ki, 48 yaşlı məşqçi Braziliyanın Serie B komandası "Operario"dakı texniki direktor vəzifəsindən ayrılıb.
"Operario" ilə 29 oyuna çıxan Aleks 8 qələbə, 11 heç-heçə və 10 məğlubiyyətlə 1.21-lik orta nəticə göstərmişdi. Daha əvvəl Türkiyədə "Antalyaspor"u çalışdıran Aleks, orada da problemlərlə üzləşmişdi; maaş gecikmələri və icazəsiz transferlər səbəbindən klubdan ayrılmışdı.