İspaniya təmsilçisi “Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa ingiltərəli futbolçu Trent Aleksander-Arnoldu komandadan göndərməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “El Nacional” nəşri məlumat yayıb.
Mütəxəssis 27 yaşlı müdafiəçi ilə şəxsən görüşərək ona oyun vaxtı vermək niyyətində olmadığını və başqa klub tapmasının vacib olduğunu qeyd edib.
“Kral klubu”nun rəhbərliyi oyunçunun yay transfer pəncərəsində satılmasını nəzərdən keçirir.
Qeyd edək ki, Trent Aleksander-Arnold 2025-ci ilin yayında “Liverpul”la müqaviləsi başa çatdıqdan sonra “Real”a keçib. O, Madrid təmsilçisinin heyətində bütün turnirlər üzrə 11 oyunda iştirak edib və heç nə ilə yadda qalmayıb.