Arda Gülər sosial mediada gündəm oldu - FOTO

“Real Madrid”in formasını geyinən türk milli futbolçu Arda Güler “Instagram” hesabında etdiyi paylaşım lə qısa zamanda sosial şəbəkələrdə gündəmə çevrildi. Paylaşım “Mançester Siti”nin ulduz hücumçusu Erlinq Haalandın şərhi ilə daha da diqqət çəkdi.

Sherg.az xəbər verir ki, Arda Gülər 2025-ci ilin son günündə son bir ildə yaşadığı unudulmaz anları əks etdirən fotolar paylaşıb. Həmin paylaşımlar arasında UEFA Çempionlar Liqasında “Real Madrid” – “Mançester Siti” oyununun bir epizodu da yer alıb. Kadrlardan birində Ardanın künc zərbəsi zamanı Haalandı markə etdiyi və komanda yoldaşı Tibo Kurtuanın başını tutduğu an əks olunub.

Norveçli futbolçu Erlinq Haaland bu paylaşıma “Hahahahahah” yazaraq gülüş emojisi ilə cavab verib. Bu şərh sosial mediada geniş müzakirələrə səbəb olub.