"Barselona" sabiq futbolçusunu icarəyə götürdü

İspaniyanın "Barselona" klubu Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasından Joau Kanselunu icarəyə götürüb.

Teleqraf xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb.

31 yaşlı portuqaliyalı müdafiəçi cari mövsümün sonuna qədər "Barselona"da çıxış edəcək. O, yeni komandasında 2 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Joau Kanselu cari mövsüm ərzində 6 oyunda iştirak edib, 1 qol və 2 məhsuldar ötürmə müəllifi olub. O, 2023/24 mövsümündə də "Barselona"da oynayıb.