"Barselona" Superliqadan çıxdığını açıqladı - RƏSMİ
Yusif Nəzərli
05:25 20.10.2025
Futbol
479
İspaniyanın "Barselona" futbol klubu Superliqa layihəsindən geri çəkilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə klub prezidenti Joan Laporta jurnalistlərə açıqlama verib.
"Səbəblər sadədir. Biz UEFA ilə Superliqa arasında əlaqə yaratmaq üzərində işləyirik. Çempionlar Liqasının formatındakı dəyişiklik turnirin ümumi formasını yaxşılaşdırıb ki, bu da gəlirin 20% artması deməkdir. Biz Superliqa layihəsini dəstəklədik, lakin UEFA çərçivəsində müsbət dinamikanı görürük. Yarışların idarə olunması və təşkili məsələsi istisna olmaqla, Superliqa çərçivəsindəki təkliflər UEFA tərəfindənqəbul edildi", - Laporta bildirib.
Xatırladaq ki, Superliqa layihəsi 2021-ci il aprelin 19-da Avropanın 12 aparıcı klubu tərəfindən elan edilmişdi. Hazırda bu layihədə yalnız "Real Madrid" qalıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi