UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Benfika" - "Real Madrid" matçında insident yaşanıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Türkiye Gazetesi" məlumat yayıb.
Matçın 52-ci dəqiqəsində "Real Madrid"in braziliyalı ulduzu Vinisius Junior "Benfika" azarkeşlərinin irqçi şüarlarına görə meydanı tərk edib.
Bundan sonra oyun dayandırılıb və yalnız yeddi dəqiqədən sonra bərpa edilib.