“Beşiktaş”a böyük ümidlərlə gəlmişdi, Mourinyo da istəmədi - Ayrılan kimi klub tapdı

Mövsümün əvvəlində böyük ümidlərlə “Beşiktaş”a transfer olunan David Yuraşek komandadan ayrıldıqdan dərhal sonra yeni klubla anlaşıb.

Sherg.az xəbər verir ki, “Qara-ağlar” çex sol cinah müdafiəçisinin icarə müqaviləsini ləğv edərək onu “Benfika”ya geri göndərib.

“Benfika” isə 25 yaşlı futbolçunun transferi ilə bağlı Çexiyanın “Slaviya Praqa” klubu ilə razılığa gəlib. “Slaviya Praqa” Yuraşeklə 3,5 illik müqavilə imzaladığını açıqlayıb.

“Beşiktaş”da yarım mövsüm ərzində 17 oyuna çıxan Yuraşek məhsuldarlıq göstəricisi ilə yadda qalmayıb.