"Çelsi" Vinisius üçün 160 milyon avro təklif etməyə hazırdır.
Oxu.Az bu barədə "The Guardian" nəşrinə istinadən xəbər verir.
"Zadəganlar" "Real" Madrid"dəki vəziyyətindən narazı olan braziliyalı hücumçunu İngiltərəyə köçməyə razı sala biləcəklərinə ümid edirlər.
Qeyd edək ki, 2025/26 mövsümündə hücumçu madridlilərin heyətində bütün turnirlərdə çıxdığı 25 matçda 5 qol vurub və 8 məhsuldar ötürmə edib.
Braziliyalının İspaniya klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.